Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Eynulla Fətullayev Rusiya televiziyasında: “Putin üçüncü dəfə Ərdoğanı xilas edəcəkmi?”

Eynulla Fətullayev Rusiya televiziyasında: “Putin üçüncü dəfə Ərdoğanı xilas edəcəkmi?”

Artıq xəbər verdiyimiz kimi, Rusiyada yayımlanan “Tsarqrad” telekanalının rəhbəri Aleksandr Dugin Türkiyədəki silahlı çevriliş cəhdi ilə əlaqədar təhqiqat aparıb və bunu film şəklində təqdim edib.

Filmdə silahlı çevriliş cəhdində ABŞ-da yaşayan Fətullah Gülənin və bilavasitə ABŞ-ın özünün oynadığı roldan söhbət açılır.

Dünən sözügedən telekanalın studiyasında həmin sənədli filmin müzakirələri aparılıb. Bu barədə filmin müəllifi Aleksandr Dugin danışıb. Məşhur rusiyalı ideoloqla yanaşı, müzakirələrdə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev də iştirak edib.

E.Fətullayev yaradıcı heyətin filmdəki konseptual və fundamental yanaşmasını qeyd edib və bildirib ki, A.Duginin gəldiyi nəticələr “Fas” agentliyinin verdiyi ilkin məlumatlarla tamamilə üst-üstə düşür. Üsyanın ertəsi günü yayımlanmış həmin məlumatda bildirilirdi ki, məhz Rusiya hakimiyyəti və Putin Ərdoğanı xilas ediblər.

E.Fətullayev bildirib ki. bununla Putin artıq ikinci dəfədir ki, Ərdoğanı xilas edir. Belə ki, Türkiyədə nurçularla hakim koalisiyanın dağılmasından sonra yalnız Rusiyanın hərtərəfli dəstəyi sayəsində Ərdoğanın partiyası gülənçilərdən ilk təmizləməni həyata keçirə bilmişdi. Azərbaycanlı jurnalistin sözlərinə görə, analoji proses Azərbaycanda da aparılmışdı.

“Məhz buna görə də, V.Putin Rusiya təyyarəsinin vurulması ilə bağlı hadisəni arxadan xaincəsinə zərbə adlandırmışdı. İndi Putin ikinci dəfə Ərdoğanı xilas edir. Görəsən. Güclə ayaq üstdə qalmış Türkiyə hökumətini Qərbdən və gülənçilərdən üçüncü dəfə də xilas etmək lazım gəlməyəcək ki?” – E.Fətullayev sual verir.

A.Duginlə E.Fətullayevin dialoqunun tam versiyasını aşağıdakı videoda 15:16 noqtəsindən sonra izləyin.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın