Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Erməni kəndlilər Laçın dəhlizi haqda: “Əliyev nə istəyirsə, edir!” – VİDEO

Erməni kəndlilər Laçın dəhlizi haqda: “Əliyev nə istəyirsə, edir!” – VİDEO

Azərbaycanın bu günlərdə Laçın dəhlizinin Həkəri çayı üzərindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırması Şuşa ilə Laçın arasındakı Böyük və Kiçik Qaladərəsi, Turşsu və Sarıbaba kəndlərinin erməni sakinlərinin ciddi narahatlığına səbəb olub.

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

Dığ kəndinə gedən erməni sakinlər bildirirlər ki, geri qayıdanda ciddi problemlə üzləşiblər. Belə ki, körpüdən keçmək istəyərkən Rusiya sülhməramlıları onları əraziyə buraxmayıb. 

Digər erməni sakin isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev nə istəyirsə, onu da edir və götürdüyü ərazilərdən bir addım da geri çəkilmir.

Ətraflı videoda:

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …