Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Çingiz Aytmatovu “KQB” ilə üz-üzə qoyan kitabı çap edildi

Çingiz Aytmatovu “KQB” ilə üz-üzə qoyan kitabı çap edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu məşhur yazıçı Çingiz Aytmatovun ən qalmaqallı əsərlərindən olan “Üz-üzə” povestini çap etdirib.
Moderator.az xəbər verir ki, kitaba ön sözü millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli yazıb.
“Üz-üzə” povestinə görə yazıçısı senzura tərəfindən təzyiqlərə məruz qalıb. Çingiz Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirib, arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazıb. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməyib, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarımçıq qalan hissələri tamamlanıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın