Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / İqtisadiyyat / Naxçıvanla Yaponiya «qardaş»laşır

Naxçıvanla Yaponiya «qardaş»laşır

Yaponiyalı iş adamlarından ibarət nümayəndə heyəti və bu ölkənin Okinava prefekturasının rəsmi şəxsləri Azərbaycana səfərə gəlib.

«Report»un xəbərinə görə, nümayəndə heyətinə iqtisadiyyat üzrə ekspert və Okinava parlamentinin sədri Masaharu Kina rəhbərlik edir.

Yaponiyadan gələn nümayəndə heyəti Naxçıvana səfər edəcək. Orada bir neçə rəsmi görüşlər keçirəcəklər.

Yaponiyanın Okinava bölgəsi ilə Naxçıvan arasında turizm, energetika və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın inkişafı yolları müzakirə ediləcək. Eyni zamanda Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlıq haqqında sazişin imzalanması gözlənilir.

Həmçinin oxuyun

Azərbaycan nefti 76 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. “APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 …

Bir cavab yazın