Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bakı kəndlərinə işləyən bəzi sürücülər gediş haqqını qaldırdı

Bakı kəndlərinə işləyən bəzi sürücülər gediş haqqını qaldırdı

Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb.

Bu səbəbdən “Qafqazinfo”ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.

Məsələ ilə bağlı sayt Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. M.Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək: “Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın