Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycanda bu saytlar bloklandı – Məhkəmə qərarı

Azərbaycanda bu saytlar bloklandı – Məhkəmə qərarı

Bu gün Səbail rayon məhkəməsində Azərbaycanda fəaliyyət göstərən bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə qətnamə qəbul edilib və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.

Nazirliyin müraciətindəki ikinci tələb, yəni bu saytlar sonradan başqa adla fəaliyyət göstərərlərsə, onların da bloklanması tələbi təmin edilməyib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın