Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı oliqarxın sarayında erməni toyu

Azərbaycanlı oliqarxın sarayında erməni toyu

Xəbər verdiyimiz kimi ötən bazar günü Moskvada Telman İsmayılova məxsus olan, ancaq borca görə Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankına (MBA-Moskva) verilən “Safisa” şadlıq sarayında erməni milyarder, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan oğluna toy edib.

Virtualaz.org qeyd edir ki, Samvel Karapetyan Rusiyadakı erməni diasporunun liderlərindən biridir və Ermənistan prezidenti Serj Sərkisyanın dostudur. Bu səbəbdən toyda Serj Sərkisyan da iştirak edib, onun toya iştirakı barədə erməni mənbələri susublar. Ancaq toydan yayılan qısa videokadrlarda Sərkisyanın nəhəng monitorda bir-iki saniyəlik görüntüsü əksini tapıb.

Lakin belə görünür ki, erməni milyarderin azərbaycanlı oliqarx Telman İsmayılovun sevimli əyləncə məkanı olan, hazırda Azərbaycanın mülkiyyəti hesab edilən sarayda təşkil etdiyi toy qıcıq doğurub. Və belə təxmin etmək olar ki, mart ayında həmin sarayda oğluna əfsanəvi toy mərasimi keçirmiş inquş neft maqnatı Mixail Qutseriyevin xoşuna gəlməyib.

Belə qənaətə gəlməyə Rusiyanın Kostroma vilayətində fəaliyyət göstərən events44.ru adlı xəbər portalında yerləşdirilmiş məqalə əsas verir. Məqaləni sanki Qutseriyevin diqtəsi ilə yazıblar və erməni milyarderin ünvanına sərt ifadələrə yer veriblər. Səbəb isə Karapetyanın Qutseriyevlə yarışmaq və ondan geri qalmadığını göstərmək səyləridir.

“Əldəqayırma və sonradan varlanmış digər görməmişlər ölkənin aparıcı sahibkarlarında biri Mixail Qutseriyevin oğlu Səid Qutseriyevin gözəllər gözəli gəlini Xədixə Ujaxova ilə dəbdəbəli toyunu yamsılamağa nə qədər can atsalar da heç nə alınmır. Növbəti belə cəhdlərdən birini erməni biznesmen Samvel Karapetyan edib. O, oğlu Sərkisi gürcü biznesvumen Salomeylə evləndirib”-nəşr yazır.

Sayt bu məqamda Karapetyanın gəlinin adına diqqəti cəlb edir, elə Salomey adının hər şeyi dediyini yazır. “Çünki Bibliyaya görə məhz Salomey ən çox inanılan peyğəmbərlərdən biri İonnanın ölümünə səbəb olub. Gənc rəqqasə Salomeyin rəqsi iuda çarı İrodu o qədər heyran edib ki, o, rəqqasənin istənilən arzusunu yerinə yetirməyə razılaşıb. Salomey peyğəmbərin başını istəyib və onun xahişi yerinə yetirilib”-nəşr yazır.

Karapetyanın oğlunun toyunun pisləndiyi həmin yazıda deyilir ki, bu nigah mərasiminin qəhrəmanlarının fantaziyaları və niyyəti ancaq bu idi: Qutseriyevin oğlunun toyundakı dəbdəbəyə çatmaq.

“Lakin Səidin və onun gözqamaşdırıcı gözəlliyə malik gəlini Xədicənin toyu doğrudan da qeyri-adi dərəcədə parlaq və heyratamiz idisə Karapetyanlar bu toyun ancaq solğun surətini ortaya çıxara bildilər. Özünüz fikirləşin, bu erməni-gürcü toyunda zalın bəzədilməsi milyonlarla rəngbərəng güllə zalı bəzədən Qutseriyevin nou-hausunun axmaq təkrarı idi. Yaxud Karapetyanın anqajə etdiyi estrada ulduzları…Fərq ancaq ondadır ki, “Taşir”in sahibi qənaət edib: toyda iştirak edən artistlərə bütün hörmətimizə baxmayaraq onları Qutseriyevin dəvət etdiyi Stinqlə, Cenifer Lopeslə, Enrike İqlesiasla heç cür müqayisə etmək olmaz.

Bu siyahını Qutseriyevlərin toyunun London hissəsi ilə davam etdirmək olar, hansı ki, orada Robbi Uilyams, Pink, Kelli Minouq və digər məşhurlar çıxış etmişdi. Qutseriyevlərin təkcə dünya ulduzlarına verdiyi qonorarların məbləği 30 milyon avro təşkil edir!

Və nəhayət toyda hökmən rəsmi şəxslərin, konkret olaraq Dağlıq Qarabağda hərbi münaqişənin alovlandığı bir vaxtda özünə xoş istirahət üçün vaxt tapan Ermənistan prezidentinin də iştirakı açıq-aşkar plagiatdır. Bəlkə Karapetyanlar Qutseriyevlərə çatmaq üçün bu qədər dəridən-qabıqdan çıxmasalar yaxşıydı? Axı mass-medianın və biznes-cameənin yekdil mövqeyinə görə Qutseriyevlərin Moskvada və Londondakı toyu yaddaşlarda onsuz da təkraredilməz, ən dəbdəbəli və parlaq mərasim kimi qalacaq”-sayt yazır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın