Ana səhifə / Sosial / Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcək – Kremldən açıqlama

Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcək – Kremldən açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun sonlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentilərinin görüşünün təşkil olunması ilə bağlı çalışmaların olduğunu deyib. 
Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, Kreml sözçüsü jurnalistlərin sualına cavab olaraq bu görüşün Sankt-Peterburqda baş tuta biləcəyini açıqlayıb. “Bu istiqamətdə  iş aparılır. Biz istisna etmirik ki, belə bir görüş olacaq. Amma yekun qərarla bağlı da sizə məlumat verəcəyik”-deyən Peskov bildirib ki, görüşün taleyi Azərbaycan və Ermənistan rəhbərliyinin razılığından asılıdır.
Qeyd edək ki, Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı da xəbər yayılıb. Güman olunur ki, prezidentlər sammit çərçivəsində bir araya gələcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın