Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Əfv olunan bədnam bloqeryenə Yerevana gəlir

Əfv olunan bədnam bloqeryenə Yerevana gəlir

Dağlıq Qarabağa qeyri-qanuni səfərinə görə həbs edilərək Bakıya gətirilmiş, daha sonra azad edilən İsrail vətəndaşı Aleksandr Lapşin Ermənistana gəlməyə hazırlaşır.

Strateq.az bildirir ki, bu barədə bədnam bloqer özü məlumat yayıb. O, aprel ayında Yerevanda keçiriləcək “In Tour Expo 2018” sərgisinə dəvət alıb. Lapşin orada turizmlə bağlı çıxış edəcək. Sərgi 20-22 aprel tarixində keçiriləcək.

Qeyd edək ki, Lapşin 6 ay Azərbaycanda həbsdə olub. Bloqer prezident İlham Əliyevə müraciət edərək səhv etdiyini, bağışlanmasını xahiş edib. Bundan sonra bloqer azad olunub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …