Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bayram günlərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlanıb

Bayram günlərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlanıb

Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Bunu “Report”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: “Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Bundan başqa, 1 nəfər dərmandan, 3 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib”.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: “Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …