Ana səhifə / Siyasət / Jirinovski 2036-cı ildə siyasətdən gedəcək, Azərbaycanı Rusiyaya “birləşdirəcək”

Jirinovski 2036-cı ildə siyasətdən gedəcək, Azərbaycanı Rusiyaya “birləşdirəcək”

Rusiyada Liberal-Demokrat Partiyasının lideri, prezident seçkilərində təxminən 6 faiz səslə üçüncü olmuş Vladimir Jirinovski tezliklə siyasətdən gedəcəyi barədə məlumatlara “Telegram” sosial şəbəkəsində reaksiya verib. O, elan edib ki, siyasətdən tezliklə getməyəcək, əksinə, gələcəkdə Rusiyaya başçılıq edəcək, üstəlik Azərbaycanı da Rusiyaya “birləşdircək”. Bu haqda “Rossiyskaya qazeta” yazır.

Jirinovski 2036-cı ildə Kremlin önündə “200 minlik kütlə” qarşısında vida çıxışını da onun siyasətdən getməsini “səbrsizliklə gözləyən” jurnalistlərə cavab olaraq indidən Telegram-kanalda yerləşdirib. Jirinovskinin proqnozuna əsasən gələcəkdə nəinki Rusiyada dövlət instutları, eləcə də dövlət sərhədləri dəyişəcək. Ölkəni prezident yox, dövlət şurasının sədri idarə edəcək. Həmin şura Jirinovskini Rusiyanın “ali hökmdarı” seçəcək. Ölkədə “əsl demokratiya erası” başlayacaq. Və Jirinovskinin proqnozuna görə gələcəkdə Tacikistan və Azərbaycan da Rusiyaya birləşəcək.

Jirinovski bundan əvvəl də Azərbaycan və digər keçmiş sovet respublikalarının “Rusiyanın tərkibinə geri qayıdacağı” barədə proqnozlar verib. Virtualaz.org

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …