Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Yanan binaya görə təqsirləndirilən məmur komaya düşüb

Yanan binaya görə təqsirləndirilən məmur komaya düşüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov səhhətində yaranmış problemə görə, məhkəməyə gələ bilməyib və verilən məlumata görə, o, komaya düşüb.

Buna görə məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın