Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

Xəbər verdiyimiz kimi, avqustun 9-u Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib. Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş Sankt-Peterburqda baş tutub. Tərəflər görüş çərçivəsində mühüm mövzulara toxunaraq müzakirələr aparıb. Sonra isə müəyyən razılaşmalar olunub.

Tərəfdar.az Türkiyə hökümətinin etibarlı mənbələrindən aldığı məlumata görə, görüş baş tutduqdan sonra Ərdoğanın Rusiya səfərinin əsas məqsədinin şifrələri açılıb.

İddialara əsasən, Ərdoğanın Rusiyaya səfərinin əsas məqsədlərindən biri Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv etməkdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təkbətək görüşüb. Görüş iki saat davam edib. Daha sonra tərəflər arasında geniş formatda görüş keçirilib.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın