Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / Vergilər Nazirliyi Nuranın cəriməsini ləğv etdi

Vergilər Nazirliyi Nuranın cəriməsini ləğv etdi

Vergilər Nazirliyi müğənni Nura Surinin cəriməsini ləğv edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

Müğənni bildirib ki, nazirlik yazdığı ərizəyə müsbət cavab verib:

“Bu günüm xoş xəbərlə açıldı. Vergilər Nazirliyinə yazdığım ərizəyə baxıldı və müsbət cavab verildi. Yoxlanıldı və cəriməm ləğv olundu. Şükür, Allah hamının işini avand etsin”.

Xatırladaq ki, müğənni vergi borcuna görə min manat dəyərində cərimələnmişdi.

Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.

 

Həmçinin oxuyun

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan …

Bir cavab yazın