Ana səhifə / Kriminal / Dollar ili inilti ilə baş vurur

Dollar ili inilti ilə baş vurur

“Dollar 2015-ci ili inilti içində başa vurmaqdadır. Belə ki, bu ay əsas rəqiblərinə qarşı zəifləyir və gələn il üçün də hər hansı irəliləyiş görünmür”.

Bu barədə “The Daily Herald” nəşri yazır. Məqalədə deyilir ki, bu ay dolların məzənnəsi iyundan bəri ən pis həddə düşüb. Federal Rezerv Sisteminin (FED) birinci rübdə də uçot dərəcəsini qaldıracağı bildirilir.

FED uçot dərəcəsini qaldırandan bəri ən çox İsveç kronu və Yeni Zelandiya dolları qazanıb. Britaniya funtu və Kanada dolları isə itirir.

“Bloomberg Dollar Spot” indeksi bu ay 0,5 faiz düşüb. Bu indeks ABŞ valyutasının 10 xarici valyutaya qarşı məzənnəsini izləyir.

Yazıda qeyd olunur ki, FED-in 15-16 mart tarixli iclasında uçot dərəcəsini yenidən qaldırma ehtimalı 48 faiz qiymətləndirilir. 26-27 aprel tarixli iclasında bunun mümkünlüyü isə 53 faizdir.

​“Reuters”in məlumatına görə isə bazar ertəsi dollar yapon iyeninə qarşı bahalanıb. Səbəb isə Milad bayramıdır. Avstraliya və Avropanın çox hissəsində bazar ertəsi də bəzi bazarlar bağlıdır.

1 dollar 120,42 iyen olub. Ötən cümə dollar 120,05 iyenə düşmüşdü. Bu, ABŞ dollarının il ərzində yenə qarşı 0,6 faiz qalxması, bu ay isə 2 faizlik düşüşü deməkdir.

Bu arada Hindistan rupisi dollara qarşı bahalanıb. “Economic Times” Nyu-Dehlidən yazır ki, bazar ertəsi bir dollar 66,10 rupiyə bərabərləşib. Ötən cümə axşamı 66,21 idi.

Tayvan dolları 0,59 faiz, Koreya vonu, Filippin pesosu və Malayziya ringgiti müvafiq olaraq 0,14, 0,13 və 0,10 faiz irəliləyib.

Ancaq bəzi ekspertlər Asiya valyutalarının Yeni il ərəfəsində zəif olaraq qaldığını söyləyir.

“Çin yuanı ABŞ dollarına nisbətən oynadıqca Asiya valyutalarının yeni yaranan bazarların valyutalarına nisbətən daha çox zəifləyəcəyini gözləyirik” – deyə “Societe Generale” şirkətindən Frank Benzimra bildirib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın