Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Ülkər Musazadə: “ABŞ konqresmenlərindən və Azərbaycan parlamentarilərindən ibarət ekspert qrupu yaradılmalıdır”

Ülkər Musazadə: “ABŞ konqresmenlərindən və Azərbaycan parlamentarilərindən ibarət ekspert qrupu yaradılmalıdır”

“Demokratiyanı bərqərar etmək üçün, antidemokratik hərəkətlərə yol vermək olmaz!”

“ABŞ Konqresi Azərbaycana qarşı bu cür sərt qətnamə ilə çıxış edə bilməz”.

Bunu VoicePress.az-a açıqlamasında Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, siyasi yazar Ülkər Musazadə ABŞ konqresmeni Kris Smitin Azərbaycan əleyhinə qanun qəbul edilməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mövcud durumda ABŞ konqresmenlərindən və Azərbaycan parlamentarilərindən ibarət ekspert qrupu yaradılmalıdır: “Həmin ekspert qrupu iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün əlindən gələni etməlidir. Hər kəs erməni lobbisinin ABŞ-da maliyyə hesabına böyük təsirə malik olmasının fərqindədir. Kris Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə “Azərbaycan Demokratiya aktı” qanun layihəsini Konqresə təqdim etməsi və bu qanun layihəsini qəbul etdirmək istəməsi sözün əsl mənasında ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vura bilər. Bununla yanaşı, qeyd etməyə bilmərəm ki, həmin konqresmenlər, xüsusən də Kris Smit ermənilərlə bağlı bu günə kimi heç bir qətnamə qəbul etməyib. Hərçənd ki, ötən ilin dekabr ayında Ermənistanda keçirilən konstitusiya referendumunu əməlli başlı falsifikasiyaya uğramasını hər kəs bilirdi. Əgər konqresmen Krist Smitt həqiqətən də, demokratiya adı altında Azərbaycana qarşı erməni lobbisinin istəyi ilə sərt qanun qəbul etmirsə, nə üçün bu sanksiya Ermənistana şamil edilmir? Mövcud siyasi müstəvidə ABŞ Rusiya münasibətlərini nəzərə alsaq, əslində ABŞ-ın ilk həmləsi forpost Ermənistana olmalı idi. Görünür erməni lobbisinin təsiri ilə ABŞ-dan Ermənistan “demokratik” dövlət kimi görünür.

Sual olunur, məgər bir dövlətin ali məclisinin üzvünün hər hansısa bir lobbinin maliyyə təsiri ilə qərəzli qərar verməsi demokratik qərardırmı? O üzdən, mövcud siyasi və iqtisadi böhran burulğanında ABŞ və Azərbaycan tərəfi təmkinlə qərar verməlidirlər. Azərbaycan parelamentarilərindən və ABŞ konqresmenlərindən ibarət ekspert qrupu təşkil olunmalıdır. Hesab edirəm ki, ABŞ nəzərə almalıdır ki, demokratiyanı bərqərar etmək üçün, antidemokratik hərəkətlərə yol vermək olmaz!”

 

Həmçinin oxuyun

İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır – ŞƏRH

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, …

Bir cavab yazın