Ana səhifə / Köşə Yazarları / Öldürülən jurnalistin işi üzrə məhkəmədə qalmaqal: Jurnalistlər aksiya keçiriblər – YENİLƏNİB, FOTOLAR

Öldürülən jurnalistin işi üzrə məhkəmədə qalmaqal: Jurnalistlər aksiya keçiriblər – YENİLƏNİB, FOTOLAR

Bu gün jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı məhkəmə proses keçirilib. Əvvəlki prosesdə olduğu kimi bu dəfə də media nümayəndələri prosesdən kənarda qalıblar. 
Musavat.com xəbər verir ki, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri zala buraxmayacağını bildirib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında məhkəmə binasının önündə qarşıdurma yaranıb. Onlar da zala buraxılmayıblar.
Prosesə buraxılmayan mətbuat nümayəndələri məhkəmənin önündə aksiya keçiriblər. Aksiyada “Həkimlər məsuliyyətə cəlb olunsun!” və “Jurnalist ölümlərinə son!” şüarları səsləndirilib. Polislərin müdaxiləsindən sonra şüar yazılmış plakatlar yığışdırılıb.
Məhkəmə prosesində iştirak etmiş vəkillərin jurnalistlərə verdiyi məlumata görə, prosesdə ittiham aktı elan olunub. Bundan sonra təqsirləndirilən şəxslər ifadə veriblər.
Jurnalistin ölümü ilə bağlı məhkəmə prosesi 14 yanvar saat 10:30-a qədər təxirə salınıb.
Qeyd edək ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.
Cavanşir Abbaslı,
Musavat.com






Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın