Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Şahbaz Şahbazovun döyülməsi xəbəri  təsdiqini tapmır: “Arzu Şahbazova xəncərlə üstümüzə hücum etdi…” (VİDEO)

Şahbaz Şahbazovun döyülməsi xəbəri  təsdiqini tapmır: “Arzu Şahbazova xəncərlə üstümüzə hücum etdi…” (VİDEO)

Dünən bəzi KİV-lərdə Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun verdiyi məlumat əsasında, onun yaşadığı mənzildə döyülməsi barədə xəbər yayıldı. Həmin məlumatda Şahbaz Şahbazov qeyd edirdi ki, idman bədən quruluşlu iki cavan oğlan ona hücum edib, sonra mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər. Virtualaz.org-la əlaqə saxlayan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin “102” xidmətinin Qaynar Xəttinə zəng vurduğunu deyib. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verdiyini və şikayət ərizəsi yazdığını bildirib.
“Nigar” klinikası ətrafında yaşanan vəziyyətlə bağlı ilk olaraq Şahbaz Şahbazovun mediaya etdiyi şikayət əsasında gündəmə gələn bu mövzu istiqamətində Azinforum.az obyektiv jurnalist araşdırması aparıb və həmin məlumatlar saytımızda yerləşdirilib. Əldə etdiyimiz məlumata görə, əmlak mübahisəsilə bağlı məsələni hazırda hüquq – mühafizə və məhkəmə orqanları araşdırır. Maraqlıdır ki, Şahbaz Şahbazovun yaşadığı mənzildə döyülməsilə bağlı verilən informasiyada yenidən onun ittiham etdiyi qarşı tərəfin mövqeyinə yer verilməyib. Bu mövzu ilə bağlı daima obyektiv araşdırma aparıb, əsl həqiqətin ortaya çıxmasında maraqlı olan KİV kimi Şahbaz Şahbazovun döyülməsi ətrafında yayılan məlumat istiqamətində araşdırma aparmaq qərarına gəldik.
Qeyd edək ki, Şahbaz Şahbazovun yaşadığı bina “Azinteroil” MMC-yə məxsusdur. Sözügedən MMC-nin direktoru Heydər İbrahimov Azinforum.az-ın hadisə ilə bağlı ünvanladığı suala cavabında bildirdi ki, Şahbaz Şahbazovun mediaya verdiyi məlumat həqiqəti əks etdirmir:
“Həmin yaşayış binası bizim MMC-nin balansındadır. Bilirsiniz ki, bu cür binalardan yığılan kommunal xidmətlərin pulu hesabına biz yaşayış binasını zəruri olan nə varsa, onunla təmin edirik. Elektrik enerjisi, qaz, su bura aiddir. Həmin xidmətlərə aid olan nə varsa biz kənardan pulla alırıq. Çünki öz istehsalımıza aid deyil. Təbiidir ki, binamızda yaşayan hər bir mənzil sahibindən kommunal xidmətlərə görə ödəniş tələb etmək hüququmuz var. Şahbazovların həmin binada bir neçə mənzili var və maraqlıdır ki, son 5 il ərzində onlar qaz, elektrik və su üçün bir qəpik də olsun vəsait ödəməyiblər. Şəxsən mənim imzamla həm Şahbaz Şahbazovun özünə, həm də onun həyat yoldaşına kommunal xidmətlər üçün borcun ödənilməsinin zəruriliyilə bağlı bir neçə məktub ünvanlanıb.

 

m10

 

Xəbərdarlıqlara heç bir məhəl qoymayan ailə, onlara verilən bəzi xidmətlərin kəsilməsinin qarşısını almaq məqsədilə ümumi istifadə üçün nəzərdə tutulan elektrik şitinə qıfıl vurublar. Bu halın qarşısını almaq üçün işıq idarəsinin əməkdaşları şirkət rəsmisi Alim Hüseynovla birlikdə həmin yerə baxış keçirmək qərarına gəliblər. Qeyd etmək istəyirəm ki, bizim “Riyad” Mühafizə Xidmətilə qarşılıqlı müqaviləmiz mövcuddur. Onlar bizə məxsus olan obyektlərin mühafizəsini həyata keçirirlər.

Törədilə biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün biz sözügedən mühafizə xidmətinin də iki əməkdaşını baxış keçirməyə dəvət etdik. Çünki bizə məxsus olan bir sıra digər obyektlərə Şahbaz Şahbazovun həyat yoldaşı tərəfindən hücumlar olub. Arzu Şahbazovanın deyilən məkanlarda etdiyi qanunazidd əməllərlə bağlı əlaqədar polis bölmələrinə şikayətlər verilib. Dekabr ayının 3-ndə öz xidməti vəzifəsini yerinə yetirən şəxslərə Şahbaz Şahbazov və onun həyat yoldaşı tərəfindən hücum olunub”.

 

m11
Müsahibimiz bildirdi ki, Şahbazovlar onun təmsil etdiyi şirkətin bəzi nümayəndələri barədə müxtəlif instansiyalara, əsasən də, ərazi aidiyyəti üzrə 20-ci bölməyə çoxlu sayda şikayətlər ünvanlayıblar: ”Sizə təqdim etdiyimiz sənədlərlə tanış olsanız görərsiniz ki, Şahbazovların verdiyi şikayətlər heç bir hüquqi dəlilə söykənmədiyi, yalan olduğu üçün rədd edilib. Bu adamlar bizim işimizi də iflic ediblər. Biz çox təəssüf edirik ki, bəzi KİV-lər Şahbaz Şahbazovun dediyi fikrləri mütləq həqiqət kimi qəbul edib özlərinə sərf edən formada tirajlayırlar. Bununla da, şirkətimiz və onun rəhbərliyinin işgüzar nüfuzuna ciddi zərbə vururlar. Bilirsiniz ki, Şahbazovların toruna düşən bəzi jurnalistlər həqiqətin necə olduğunu bilib, məsələyə obyektiv mövqe bildiriblər. Təəssüf hissi ilə bildirirəm ki, bəzi KİV-lər hələ də Şahbazovların təsirindən qurtara bilmir və nəticədə həqiqətə uyğun olmayan məlumatları tirajlayırlar.  

Çox maraqlıdır ki, Şahbaz Şahbazovun yerli mətbuata verdiyi yalan informasiyaların bir kopyası da, xarici ölkələrdə Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olan, yüksək vəzifəli şəxsləri ən pis formada təhqir edən media qurumlarına göndərilir. Artıq necənci dəfədir ki, sözügedən KİV-lər Şahbazozun verdiyi açıqlamalar əsasında bizim şirkətlər qrupunun  Təsisçilər Şurası rəhbəri hörmətli İlqar Əliyevin də ünvanıa təhqirlər yağdırır. Biz bununla bağlı həmin həm ölkədəki, həm də xaricdə Şahbaz Şahbazovun həqiqətə uyğun olmayan informasiyalarını tirajlayan və bunun əsasında nüfuzlu şəxslərə böhtan atan  KİV-lər barəsində hüquqi ölçü götürülməsini əlaqədar qurumlardan tələb edəcəyik”.

 

m4
Hadisə yerində olan “Riyad” mühafizənin respublika üzrə xidmət rəisi Əliyev Məmmədağa Ağahüseyn oğlu Azinforum.az-a açıqlamasında bildirdi ki, Şahbaz Şahbazovun mediaya verdiyi məlumat həqiqəti əks etdirmir: “Bizə müqavilə bağladığımız şirkətdən bildirildi ki, 5 ildir kommunal xidmətlər üçün ödəniş etməyən ailə, binaya aid ümumyaşayış qaydalarını pozub və heç bir hüququ olmadan bəzi yerlərə qıfıl vurub. Bu halın aradan qaldırılması üçün şirkət əməkdaşları ilə həmin yerə getdik. Həmin vaxt mənzilindən çıxan Şahbaz Şahbazov şirkətin rəsmisi olan Alim müəllimə hücum etdi. Əlində olan dolçanı onun başına vurmaq istədi.

 

m6

Bizim mühafizəçilər dolçanı Şahbazovun əlindən aldı. Hadisə yerinə gələn Şahbazın həyat yoldaşı Arzu Şahbazova evə girib yekə xəncəri götürüb üstümüzə hücum etdi. Mən xəncəri onun əlindən almaq istəyərkən xəsarət almışam. Buyurub əlimə baxa bilərsiniz. Həmin hadisə yerində bizim əməkdaşlar olub. Ancaq Şahbazov mediaya açıqlamasında guya həmin adamları tanımadığını bildirir. Ağayev Feyruz və Əliyev İlkin adlı həmin şəxslərdən də hadisənin necə baş verməsinə dair məlumat ala bilərsiniz. Biz baş verən hadisə ilə bağlı 20-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Maddi sübut kimi Arzu Şahbazovanın üstümüzə hücum çəkdiyi xəncəri də polisə təhvil vermişik”.

 

m2
Hadisə yerində olan “Riyad” Mühafizə Xidmətinin əməkdaşı Əliyev İlkin Nadir oğlu Azinforum.az-a açıqlamasında bildirdi ki, onlar xidməti vəzifələrini yerinə yetirən zaman Şahbaz Şahbazov və onun həyat yoldaşı Arzu Şahbazovanın hücumuna məruz qalıblar: “Saat 12 radələrində binaya cavabdeh olan şirkətin rəhbərliyi ilə Şahbazovların yaratdıqları qanunsuzluğu aradan qaldırmaq üçün onların yaşadığı mərtəbəyə qalxdıq. Həmin vaxt evdən bayıra çıxan Şahbazov bizi nalayiq söyüşlərlə təhqir etməyə başladı və bildirdi ki, onun işığı və suyunu kimsə kəsə bilməz. Alim müəllimin üstünə hücum çəkəndə, biz onun qarşısını almağa çalışdıq.

 

x
Əlində olan əşyanı Alim müəllimin başına çırpmaq istəyəndə biz özümüzü qabağa verdik. Sonra Arzu Şahbazova gəldi, əynindəki gödəkcəni çıxarıb evə daxil oldu və əlindəki qılıncla üstümüzə hücum çəkdi. Xidmət rəisimiz Məmmədağa müəllim qılıncı onun əlindən almağa çalışanda xəsarət aldı. Bu vaxt Şahbaz Şahbazov İlham Məmmədovun ünvanına təhqiramiz ifadələr işlətməyə başladı. Baş verən hadisə ilə bağlı polisə şikayət etmişik”.

 

m3
Hadisə yerində olan Mühafizə Xidmətinin digər əməkdaşı Ağayev Feyriz Nazim oğlu da saytımıza açıqlamasında bildirdi ki, onlar Şahbaz Şahbazova heç bir xəsrət yetirməyib, əksinə, həmin ailənin üzvləri xidməti vəzifələrini yerinə yetirərkən onların üstünə hücum çəkib, mühafizəçiləri ən nalyiq söyüşlərlə təhqir edib, hətta xəsarət yetiriblər.

Azinforum.az baş vermiş hadisə ilə bağlı “Azinteroil” MMC-nin direktoru Heydər İbrahimovla olan videomüsahibəni təqdim edir.

 

 

m5

m7

m8

m9

 

M.MİRZƏYEV

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın