Şənbə , May 11 2024
Ana səhifə / Müsahibə / Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Razılaşmanın detalları bəlli oldu: Bu ərazilər dəyişdiriləcək

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Zərdüşt bəy, noyabr ayına qədər …

Bir cavab yazın