Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Şəhid Azərbaycan xanımının adına küçə verildi – FOTOLAR

Şəhid Azərbaycan xanımının adına küçə verildi – FOTOLAR

Ölümü erməni əsirliyindən üstün tutaraq özünü həlak etmiş şəhid Səma Kərimovanın xatirəsinə bulaq da tikilmişdir…
Aprelin 8-də Abşeron rayonunun Saray qəsəbəsində 1993-cü il martın 31-də – Kəlbəcərin işğalı zamanı 1 yaş 6 aylıq körpəsi Nurlanə ilə birgə ermənilərə əsir düşmüş və həmin il mayın 15-də Xankəndində erməni əsirliyindən qayıtmağı Azərbaycan xanımına layiq bilməyərək, özünü şəhid etmiş Səma Aydın qızı Kərimovanın adına küçə verilməsi və xatirə bulağı açılması münasibətilə tədbir keçirilib.
Şəhidin anası Sevda Kərimova, bacısı Səbinə Kərimova, körpə yaşında erməni əsirliyində daşnak cəlladların qəddarlığı nəticəsində ömürlük gözünün nurunu itirmiş  qızı Nurlanə Hümbətova və  oğlu Rüfət Hümbətovun qatıldığı mərasim yadda qalan olmuşdur.
Tədbirdə  Abşeron və Laçın rayonlarının icra hakimiyyətlərinin, eləcə də Saray qəsəbəsinin bələdiyyə və icra nümayəndələri, Saray qəsəbəsində orta məktəblərin müəllim və şagird kollektivləri, bir sıra fond və QHT-lərin rəhbər və üzvləri,  yazar və jurnalistlər də iştirak etmişlər. Çıxış edənlər müsəlman, Azərbaycan qadınına layiq tale yaşayaraq şəhid olmuş Səma Kərimovanın bu günkü gənclik üçün  əsl nümunə olduğunu qeyd etmiş, cəmi şəhidlərimizin ruhuna dualar oxumuşlar.
Allah rəhmət eləsin!
 
moderator.az

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …

Bir cavab yazın