Ana səhifə / Sosial / Mitinqdə dindarlarla cəbhəçilər arasında dava düşüb – VİDEO

Mitinqdə dindarlarla cəbhəçilər arasında dava düşüb – VİDEO

Milli Şuranın bu gün “Məhsul” stadionunda keçirilən mitinqində dava düşüb.

Mitinqdə çoxluq təşkil edən dindarların Cəmil Həsənlinin çıxışı zamanı meydanda dini şüar yazılmış qara bayrağı qaldırması cəbhəçilər tərəfindən etirazla qarşılanıb.

Əli Kərimlinin tərəfdarlarından biri dindarların əlindən bayrağı almaq istəyib. Nəticədə islamçılarla bir qrup şəxs arasında mübahisə yaranıb. Mitinq iştirakçıları müdaxilə edərək davanın böyüməsinin qarşısını alıblar.

Cəbhəçilər dindarların hərəkətini Cəmil Həsənliyə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın