Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Pedro Aqramuntun istefası ilə bağlı səsvermənin vaxtı açıqlandı

Pedro Aqramuntun istefası ilə bağlı səsvermənin vaxtı açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 158 deputatı assambleyanın prezidentinin istefası haqqında təkliflə çıxış edib.
“Report” AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı həlledici səsvermə oktyabrın 9-da keçiriləcək.

Qətnamədə qeyd edilib ki, AŞPA prezidentinin davranışı təşkilatın nüfuzuna ciddi ziyan vurur və imicinə xələl gətirir.
Qeyd edək ki, P.Aqramunt bu vəzifəyə 2016-cı ildə, lüksemburqlu Ann Brasseri əvəz etməklə seçilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın