Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Qasırğa Moskvanı iflic hala saldı: ildırım iki nəfəri öldürdü

Qasırğa Moskvanı iflic hala saldı: ildırım iki nəfəri öldürdü

Bu dəqiqələrdə güclü qasırğa Rusiyanın paytaxtı Moskvanı ağuşuna alıb. Rusiya KİV-in verdiyi məlumata görə, şəhəri dolu vurub, küləyin sürəti saniyədə 20 metrə çatır.

Artıq ilk qurbanlar var. Onlardan biri üstünə ağac aşması nəticəsində həlak olub. Moskva aeroportlarına üst-üstə 60-a yaxın reys gecikir və ya ehtiyat aeroportlara yönləndirilir.

Son məlumatlara görə, qasırğa daha iki can alıb. Paytaxtın Dmitrevski və Sofino rayonlarında ildırım iki nəfəri öldürüb.

Rusiya Fövqəladə Hallar Nazirliyi moskvalıları evlərindən bayıra çıxmamağa çağırıb.

*   *   *15:17

Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir.

RİA “Novosti” xəbər verir ki, sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın