Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Pakistan mətbuatı Heydər Əliyevdən yazdı – Foto

Pakistan mətbuatı Heydər Əliyevdən yazdı – Foto

Pakistanın “Pakistan in the World” jurnalında və internet saytında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövlətçiliyi yolunda misilsiz xidmətlərindən, həmçinin İslam həmrəyliyi və milli və mənəvi dəyərlərin qorunmasına mühüm töhfələrindən bəhs edən “Heydər Əliyev, milli və mənəvi dəyərlər və İslam həmrəyliyi” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycanın düşdüyü çətin siyasi və iqtisadi durum, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, vəziyyətin gündən-günə pisləşməsi ilə üz-üzə qalan o zamankı Azərbaycan rəhbərliyinin Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdiyi xatırlanmışdır.
Yazıda Azərbaycanın prezidenti seçilməsindən sonra H. Əliyevin həyata keçirdiyi zəruri siyasi və iqtisadi islahatlar nəticəsində ölkədə dövlət hakimiyyətinin möhkəmləndiyi, qanunsuz silahlı qrupların tərksilah edildiyi, siyasi-iqtisadi sabitliyin bərqərar olunduğu, dünya gücləri və region ölkələri ilə əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasət xəttinin formalaşdırıldığı öz əksini tapmışdır.
Məqalədə H. Əliyevin zamanında insan hüquqlarının mühafizəsinin təsbit olunduğu müasir konstitusiyanın referendumla qəbul edildiyi, medianın hər növ senzuradan azad edildiyi vurğulanmışdır.
Heydər Əliyevin Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunmasına çox önəm verdiyi, hər zaman İslam dəyərlərinin qorunmasına və İslam həmrəyliyinin təmin olunmasına çalışdığı oxucuların nəzərinə çatdırılmışdır. Məqalədə vurğulanmışdır ki, H. Əliyev İslam dininin mütərəqqi və universal din olduğunu qeyd etmiş, müqəddəs Kəbəyə həcc ziyarətinə getmiş, çıxışında həcc ziyarətini həyatının ən vacib və xoşbəxt günləri kimi dəyərləndirmişdir. Onun İslam barədə mövqeyi, “İslamın Azərbaycan xalqının dini inamı və milli mədəniyyətinin tərkib hissəsi olduğu, dinin cəmiyyətin milli, mənəvi və əxlaqi birliyi baxımından mühüm faktor olduğu, müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac duyulduğu və yeni beynəlxalq münasibətlərin əsas şərtlərindən birini dinlər və xalqlar arasında qarşılıqlı anlaşmanın təşkil etdiyi” ifadə olunmuşdur. H. Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkədə minlərlə məscid inşa edilmiş, Azərbaycan İslam mədəniyyətinin önəmli nümunələrindən olan “Kitab-i Dədə Qorqud” dastanının 1300 illiyi, görkəmli Azərbaycanın və İslam dünyasının görkəmli şairi M. Füzulinin doğumunun 500 illiyi təntənəli şəkildə qeyd olunmuş, həmçinin Azərbaycan İslam intibahının mühüm memarlıq nümunələrindən sayılan “İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu”, Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir.
Məqalədə H. Əliyevin İslam həmrəyliyinə önəm verdiyi, onun bu irsinin Azərbaycanın indiki rəhbərliyi tərəfindən davam etdirildiyi vurğulanaraq, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyi, həmçinin bu ilin 12-22 may tarixlərində Bakıda bütün müsəlman ölkələrindən qatılacaq idmançıların iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi bildirilmişdir.
Yekunda Azərbaycanın eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvü olduğu, şərq və qərb mədəniyyətini uğurlarını mənimsədiyini, bu geniş imkanlardan Şərq və Qərb arasında qarşılıqlı dialoqun qurulması üçün istifadə etdiyi diqqətə çatdırılmışdır.

http://www.pakistanintheworld.com/content/heydar-aliyev-national-and-spiritual-values-and-islamic-solidarity

 

Həmçinin oxuyun

Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?

26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas  məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz …

Bir cavab yazın