Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Ana və körpənin ölüm səbəbi açıqlandı – Baş həkim danışdı – VİDEO

Ana və körpənin ölüm səbəbi açıqlandı – Baş həkim danışdı – VİDEO

Sumqayıt şəhər 1 nömrəli Doğum Evi ötən gün baş verən ana və körpə ölümü ilə bağlı açıqlama verib.

ARB 24 xəbər verir ki, baş həkim Təranə Rəcəbli deyib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü hamiləliyi olub. Onun yaşı da hamiləlik üçün ciddi təhlükə yaradıb.

Rəranə Rəcəbli (baş həkim): “3,5 kq çəkidə oğlan uşağı azad olmuşdur. Bir balnan tək-tək ürək döyüntüləri ilə. 5 dqədən sonra uşaq tələf olmuşdur.

Anaya gəldikdə isə doğuşdan sonra qanaxma başlayıb. Gülnarə Əkbərovaya qan köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Rəranə Rəcəbli (baş həkim): “Qadında hipotenik qanaxma başlayıb doğuşdan sonra və aparılan yardımlara baxmayaraq ürək-damar çatışmamazlı inkişaf etdi. Nəticədə qadın vəfat etdi.

Mərhumun yaxınları isə baş verənlərə görə həkimləri ittiham edirlər.Hadisənin dəqiq səbəbləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Mərkəzinin yekun rəyindən sonra məlum olacaq. Mərkəz bildirilib ki, meyit artıq müayinə edilib və nəticələr 10 gündən sonra açıqlanacaq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın