Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Neftçi” PFK-nın Müşahidə Şurasından radikal qərarlar: Maaşlar da azaldılacaq

“Neftçi” PFK-nın Müşahidə Şurasından radikal qərarlar: Maaşlar da azaldılacaq

Ötən gün baş tutmuş “Neftçi” – “Qəbələ” matçından sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
“Report” klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.
Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri, eyni zamanda klubun yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib, bu transferlərin reallaşdırılmasında rolu olan şəxslərin ciddi şəkildə cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb.
Digər qərara görə, “Neftçi”nin hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Həmçinin əsas komandanın məşqçi heyəti və klubun inzibati heyətinin dəyişdirilməsi qərara alınıb.
 
“Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək. “Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq”, – deyə məlumatda bildirilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın