Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Naxçıvanda karate üzrə beynəlxalq turnir keçirilir

Naxçıvanda karate üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir Şərur Olimpiya-İdman Kompleksində keçirilir.

Yarışdan əvvəl idmançılar Naxçıvan şəhərində ümummilli liderimizin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Beynəlxalq turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan, İran İslam Respublikasının da komandaları mübarizə aparırlar. 120-yə yaxın qız və oğlan karateçilər fərdi kata, fərdi kumite üzrə yarışlarda qüvvələrini sınayırlar. Onlar reqlamentə uyğun olaraq həm kata, həm də kumite yarışlarında qruplar üzrə mübarizə aparırlar. Yaş qruplarına gəlincə uşaqlar 10-11 yaş (30, 35, 41, +41 kiloqram), 12-13 yaş (39, 45, 52, 60, +60, 50, 54 kiloqram), yeniyetmələr 14-15 yaş (47, 52, 54, 57, 63, 70, +70 kiloqram), gənclər isə 16-17 yaş (48, 53, 55, 59, 61, 68, 76, +76 kiloqram) arasında tatami üzərinə çıxırlar.

Bu gün saat 17.00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi keçiriləcək və sonra final yarışları başlayacaqdır. Qalib idmançılar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

Ceyhun Məmmədov,

“Şərq qapısı”

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …

Bir cavab yazın