Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır – Vəkildən açıqlama

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır – Vəkildən açıqlama

JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Qeyd edək ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilir.

Vəkil qeyd edib ki, F.Fərəməzoğlu müəyyən obyeklərin əxlaqsızlıq yuvası olması barədə məlumatlar yaymaqda və obyekt sahiblərindən şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir. F.Fərəməzoğlu isə ittihamı qəbul etmir. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.

İlkin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın