Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Mərhum jurnalist Mehdiabadda dəfn olunub – YENİLƏNİB, FOTOLAR

Mərhum jurnalist Mehdiabadda dəfn olunub – YENİLƏNİB, FOTOLAR

Futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü bildirilən jurnalist Rasim Əliyevın avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə getməsi haqqında artıq məlumat vermişik.
Musavat.com-un əməkdaşları mərhum jurnalistin evinə gedərək, onun dəfn prosesi barədə məlumat toplamağa çalışıblar.

Əməkdaşlarımızın verdiyi son məlumata görə, mərhum jurnalist Rasim Əliyevin cənazəsi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib.

Hazırda dəfn mərasimi üçün hazırlıqlara başlanılıb.
Digər məlumatdasa bildirilir ki, Səbayel Prokurorluğunun və ərazi polisinin əməkdaşları mərhum jurnalistin evinə gəliblər. Onun babası sorgu-sual məqsədilə polis şöbəsinə aparılıb.
Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı da dəfn mərasiminə qatılıb.
Əməkdaşımızın verdiyi son məlumata görə, mərhum jurnalist Mehdiabad qəbiristanlığında dəfn olunub.













Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın