Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentliyə namizəd xanım jurnalistə ədəbsizlik etdi

Prezidentliyə namizəd xanım jurnalistə ədəbsizlik etdi

Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Donald Tramp “Fox News” telekanalında keçirilən debatda ona çətin suallar vermiş jurnalist Megin Kelli barədə ədəbsiz danışığına görə mühafizəkarların şənbə günü keçirilən nüfuzlu tədbirinə dəvətini itirib.

Donald Tramp başqa respublikaçı namizədlərlə birlikdə mühafizəkarların “RedState” adlı toplantısına dəvət olunmuşdu.

Cümə günü keçirilən debatda üç moderatordan biri olan xanım Kelli ona keçmişlərdə qadınlar barədə ədəbsiz danışmasına dair sual verərkən Donald Tramp tamamilə təmkinini itirib.

Xanım Kelli Trampa xatırlatmışdı ki, o, əvvəlki qeydlərində qadınlar barədə “piyli donuz”, “itlər”, “pinti” və “iyrənc heyvanlar” kimi ifadələrə yol verib.

Prezidentliyə namizəd bu sualları qərəzli saydığından reaksiyası da kəskin olmuşdu.

Debatdan sonra CNN kanalına müsahibəsində müzakirə zamanı əsəbiliyi barədə suala cavablar verərkən də Tramp əsəbilik nümayiş etdirib.

O, xanım Kelli haqqında deyib: “O, mənə cürbəcür axmaq suallar verirdi… Bilirsinizmi, onun gözlərindən qan damırdı, daha nə bilim harasından…”

Bu müsahibədən sonra sosial şəbəkələrdə əsl partlayış yaşanıb. İstifadəçilərin əksəriyyəti qadın jurnalist barədə qadınların fizioloji xüsusiyyətinə ehyam vurmaqla danışan namizədi kəskin tənqid edirdi.

Bu müsahibədən bir-iki saat sonra Atlantada keçirilməli olan “RedState” tədbirinin təşkilatıçısı Erik Erikson bəyan edib ki, cənab Trampın bu tədbirə dəvəti ləğv olunur.

E.Erikson deyib ki, Trampın qeydləri qadın jurnalistlərə, bütünlükdə qadınlara qarşı həqarətdir.

E.Eriksona sosial şəbəkərlərdə cavab verən milyonçu “onun özünün də çox ədəbli danışıq tərzi ilə fərqlənmədiyni” bildirib.

Təhlilçilər bildirirlər ki, D.Trampın debatlar və kampaniya zamanı davranışı hələ bu hadisədən əvvəl də onun respublikaçı həmkarlarını təngə gətrimişdi. Hərçənd Tramp rəy sorğularına görə onların hamısını geridə qoyur.

Mətbuat bildirir ki, Tramp populyarlığını əksər siyasətçilərin “səliqəli və ədəbli danışıqlarını” “xalq dilində” lağa qoyması ilə qazanıb.

Respublikaçı partiyadaşları tərəfindən “pozuculuqda” ittiham olunan Tramp bunu da dilə gətirib ki, lazım gələrsə, kampaniyanı müstəqil namizəd kimi də davam etdirə bilər.

Trampın ləğv edilmiş dəvətnaməsinin əvəzində tədbirə elə jurnalist Megin Kelli dəvət olunub.

Böyük yanlışlığa yol verdiyinin fərqinə varan Tramp sonradan “qan” məsələsinə aydınlıq gətirmək istəyib və deyib ki, o guya “başqa yer” deyəndə jurnalistin burnunu nəzərdə tuturmuş.

ABŞ mediası yazır ki, çıxışlarında ədəb-ərkan sərhədi tanımayan Trampın ciddi büdrəyəcəyi gözlənilirdi.

Yeri gəlmişkən, şənbə günü Trampsız keçirilən tədbirdə respublikaçşı namizəd, keçmiş prezidentin qardaşı Ceb Buş deyib ki, Tramp elektoratın azı 53 faizini təhqir edib.

Əmlak maqnatı Donald Tramp Azərbaycanla əlaqələrinə görə də tanınır. Bu yaxınlarda ABŞ mediasında dərc olunmuş bir məqalədə onun nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla sual doğuran ortaqlığından söhbət gedirdi. Bakıda Trampın adını daşıyan göydələn otelin əslində nazir oğluna aid olduğu iddia edilir (“Azadlıq” radiosu).

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın