Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kadırov səsvermədən sonra anası ilə birgə “Ləzginka” oynadı

Kadırov səsvermədən sonra anası ilə birgə “Ləzginka” oynadı

Çeçenistan lideri Ramzan Kadırov respublikaya rəhbərliklə bağlı keçirilən seçkilərdə səsvermədən sonra doğma Çentroy kəndində “Ləzginka” rəqsi oynayıb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, Kadırov anası Aymani Mesieva ilə birgə rəqs edib.

Sakinlər və jurnalistlər Kadırovu alqışlayıb və ona dəstək nümayiş etdiriblər.

Yeri gəlmişkən, bir az əvvəl Çeçenistan Respublikası Seçki Komissiyasının sədri Umar Bayxanov bildirib ki, artıq protokolların 24,62%-i yoxlanılıb və ilkin nəticələrə görə, respublika başçısının vəzifələrini icra edən Ramzan Kadırov 97,56% səs yığırb.

Xatırladaq ki, Ramzan Kadırovun səlahiyyətləri martda bitmişdi. Prezident Vladimir Putin onu Çeçenistan lideri səlahiyyətlərinin müvəqqəti icraçısı təyin etmişdi.

 

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın