Ana səhifə / Gündəm / Beytulla Hüseynov 12 milyon mənimsəməkdə ittiham edilir

Beytulla Hüseynov 12 milyon mənimsəməkdə ittiham edilir

Ötən il həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri, Beytulla Hüseynovun nədə ittiham olunduğu bəlli olub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olan Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsənə) maddəsi ilə ittiham olunur. Bu epizod üzrə B.Hüseynovun dövlət büdcəsindən təxminən 12 milyon manat mənimsədiyi aşkarlanıb.

Belə ki, B.Hüseynov rabitə tikililərinin inşa edilməsi üçün büdcədən ayrılan pulları faktiki olaraq özünün rəhbəri olduğu, formal olaraq isə Emin Məmmədov və Bayram Vəliyevin idarə etdiyi şirkətlər vasitəsilə “yuyub”.

Yəni, binaların inşası, telefon və internet xətlərinin çəkilməsi üçün elan edilən tenderdə qanunsuz müdaxilə ilə bu şirkətlər qalib elan olunub. B.Hüseynov bunun müqabilində isə ayrılan pulun 35-40 faizini özünə götürüb. Uzun müddət bu formada işləyib və ümumi olaraq dövlətin 12 milyon manatını bu yolla mənimsəyib.

Qeyd edək ki, Beytulla Hüseynov, Emin Məmmədov, Bayram Vəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın