Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İŞİD-in seks köləliyindən kəndlərinə qayıtdı – Nobelə namizəddir

İŞİD-in seks köləliyindən kəndlərinə qayıtdı – Nobelə namizəddir

2014-cü ildə İŞİD tərəfindən qaçırılaraq seks köləsinə çevrilən qadın İraqdakı kəndlərinə geri dönüb. “Qafqazinfo” xəbər verir ki, yezidi fəallarından olan Nadia Murad kəndlərində xüsusi mərasimlə qarşılanıb.  

Murad 400 min yezidinin yaşadığı bölgədən qaçırılan 7 min qadından biridir. Aylarla İŞİD döyüşçüləri tərəfindən təcavüz və işgəncəyə məruz qalıb.

Kəndlərindəki köhnə məktəbinə baş çəkən qadın göz yaşlarını saxlaya bilməyib. O, 3500 qadının hələ də seksual köləlikdə qaldığını vurğulayıb: “Düşündük ki, bizi də kişilər kimi öldürəcəklər, lakin avropalı, səudiyyəlilər, tunislilər və digər ölkələrdən gələn əsgərlər bizə təcavüz edirdilər”.

Köləlikdən azad olduqdan sonra Murad Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Murad BMT-nin xoşniyyətli elçisi seçilib.
Murad bütün yaşadıqlarını yazdığını və ilin sonunda kitab çıxaracağını bildirib.

 


Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın