Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Trampdan dünya iqliminə və ekologiyaya ağır zərbə – Reaksiyalar

Trampdan dünya iqliminə və ekologiyaya ağır zərbə – Reaksiyalar

“ABŞ bu qərarla bir daha dünya liderliyi funksiyasını üzərindən atdığını nümayiş etdirdi”

ABŞ prezidenti Donald Tramp, nəhayət, ölkəsinin İqlim üzrə Paris konvensiyası ilə bağlı mövqeyini qətiləşdirib.
Tramp ölkəsinin konvensiyadan çıxdığını açıqlayıb.

ABŞ-ın bu sazişdən çıxması Obama dövründə qəbul edilən daha bir qərarın ləğvinə, habelə Avropa Birliyi ilə onsuz da yaxşı olmayan münasibətlərin pisləşməsinə gətirib çıxaracaq.

Qeyd olunur ki, əslində Tramp bu qərarla seçkiqabağı vədlərindən birini yetirmiş olub. ABŞ prezidenti hələ namizəd olduğu zaman Paris sazişinə neqativ münasibətini gizlətməyib və bu sazişin ABŞ-da 2,7 milyon iş yerinin itirilməsinə gətirib çıxardığnı qeyd edib.

Tramp sazişdən çıxmaq haqqında qərarını açıqladığı 40 dəqiqəlik nitqində Çin və Hindistan kimi ölkələrin bu tip sazişlərdə iştirak etmədiyini söyləyib. O, yenə də “Hər şeydən əvvəl Amerika” şüarını təkrarlayaraq ölkəsinin suverenlyinin təmin olunmasına vurğu edib.

“Bu saziş başqa ölkələrə ABŞ qarşısında maliyyə üstünlüyü yaradırdı. Digər dövlətlər bununla ABŞ-ı iqtisadi cəhətdən pis vəziyyətə düşməsindən sevinc hissləri keçirirdi”, – Tramp qərarını şərh edərkən bildirib.

Prezidnetin fikrincə, bərpa edilən enerji mənbələri iqtisadiyyatın sadəcə 1% böyüməsinə yarıdm edə bilər. “Lakin 3-4%-lik böyümə üçün bizə bütün enerji mənbələrini işə salmaq lazımdır”, – Tramp əlavə edib.

“Mən Parisi deyil, Pitsbuqru (ABŞ-ın Pensilvaniya ştatında yerləşən ağır metallurgiya şəhəri-red.) təmsil etmək üçün seçilmişəm”.

Qeyd olunur ki, BMT-nin Çərçivə konvensiyası üzrə qəbul edilən Paris sazişi sənaye qazlarının 55%-nin havaya buraxılmasına məsul olan 90 ölkə tərəfindən imzalanıb. Sazişin əsas məqsədi 2100-cü ilə qədər qlobal istiləşmənin 2 dərəcə yüksəlməsinə yol verməməkdir. Trampın iddiasının əksinə, Çin Xalq Respublikası bu sazişi 2016-cı ilin sentyabrın 3-də rəsmi şəkildə ratifikasiya edib.

Yaşıl hərəkatın olduqca populyar olduğu Avropada Trampın qərarı sərt reaksiyalarla qarşılanıb.

“Cənab Tramp bizi Amerikanın vassalı olaraq davranmağa məcbur edə bilməz. Biz bütün bu məsələlər barədə onu Taormində (G7 ölkələrinin zirvəsi-red) başa salmağa çalışdıq, lakin buna nail ola bilmədik”, – Avropa komissiyasının sədri Jan Klod Yunker bəyan edib.

Maraqlıdır ki, ABŞ-ın özündə Trampın bu qərarına qarşı narazılıq ən çox onun guya mənafelərini müdafiə etmək istədiyi iqtisadi çevrələrdən gəlib.

Mütərəqqi texnologiyaların tətbiqi ilə məşğul olan “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Ağ Evlə bütün əməkdaşlığı kəsəcəyini bildirib.

“Apple” şirkətinin direktoru Tim Kuk isə Trampın bu qərarının həm biznes, həm iqtisadiyyat, həm də ətraf mühit üçün zərərli addım olduğunu açıqlayıb.

Elə administrasiyanın özündə də prezidentin bu qərarı mütləq dəstəyə malik deyil. Trampa bu məsələdə opponentlik edənlərin başında onun doğma qızı İvanka Tramp gəlir.

Tramp gəldiyi gündən Obama hökumətinin qəbul etdiyi ekoloji məhdudiyyətləri bir-bir qaldırır. Məsələn, yeni prezident Kanada, Meksika körfəzi, habelə ABŞ-ın İllinoys və Oklahoma ştatlarında neft çıxarılması və emalını vahid şəbəkədə birləşdirən “Keystone XL” boru kəmərlərinin tikintisinin yenidən bərpa edilməsinə razılıq verib. Obama dövründə bu kəmər yerli hindi tayfalarının və ekoloqların təzyiqi ilə dondurulmuşdu.

“Trampın bu qərarı sayəsində enerjinin gələcəyi Çinin əlində olacaq”, -belə bir rəyi ABŞ-ın Ətraf mühiin mühafizəsi agentliyinin keçmiş rəhbəri Cin Makkarti “Foreign Policy” jurnalına verdiyi müsahibədə səsləndirib.

Müəllifin fikrincə, saziş Trampın dediyinin əksinə olaraq, ABŞ-a digər ölkələrin sənaye prosesi ilə bağlı təzyiq göstərməsinə imkan verə bilərdi.

“Təəssüf ki, “Hər şeydən əvvəl Amerika” şüarı amerikalıları təmiz su və havadan məhrum edir. Tramp administrasiyası bu addımı ilə ABŞ-ın iqtisadi üstünlük uğrunda rəqabətdə Çin kim ölkələrə asanlıqla uduzmasına gətirib çıxaracaq. Ekoloji problemlərdən irəli gələn, sağlamlıq üçün risklərlə mübarizə daima çoxtərəfli əməkdaşlığı tələb edib. Belə bir əməkdaşlığı güclü və qlobal lider təmin edə bilərdi. Əvvəllər bu lider ABŞ sayılırdı”,- deyərək Cin Makkarti Vaşinqtonun bu funksiyanı öz üzərindən atmaqla qlobal liderlikdən imtina etdiyinə işarə vurub.

musavat.com

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın