Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / İki icra başçısı arasındakı 01-AA-001 seriyalı avtomobil söhbətinə aydınlıq gəldi

İki icra başçısı arasındakı 01-AA-001 seriyalı avtomobil söhbətinə aydınlıq gəldi

«Sumqayıtın icra başçısı 01-AA-001 seriyalı avtomobili və nömrəni Abşeronun xanım icra başçısı İradə Gülməmmədovaya 02 sentyabr 2015-ci il tarixində təhvil verib» Bir neçə gündür ki, bəzi saytlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Abşeron rayonunun icra başçısı olarkən istifadə etdiyi 01-AA-001 seriyalı avtomobili və nömrəni xanım icra başçısı İradə Gülməmmədovaya təhvil verməməsi barədə xəbərlər yayılmaqdadır. Yazılanlara görə, xanım icra başçısı hazırda “002” seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb. Sumqayıt Şəhər İcra Hakimiyyətininin və Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətlərindən gundelik-baku.com saytına verilən məlumata görə, bununla bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

«Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra, yəni 02 sentyabr 2015-ci il tarixdə xidməti maşınını və nömrəsini Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısına təhvil verib. Bəzi mətbuat vasitələrində bu tip dəqiqləşdirilməmiş informasiyaların yayılması yaxşı hal deyil. Bildirmək istəyirik ki, bu məsələ haqqında yazılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Bu xəbər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təkzib olunur”.

 

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın