Ana səhifə / Araşdırma / İntihar etmiş sumqayıtlı tələbənin atası prokurorluğa çağırıldı

İntihar etmiş sumqayıtlı tələbənin atası prokurorluğa çağırıldı

“Qızım Rumiyyə ilə bağlı dünən Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişəm”. 
Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb. 
Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu “Azəri” hazırlıq kurslarında əlaçı abituriyent olub.
Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.  

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın