Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Hicran Hüseynovanın PA-da işləyən qohumu vəkilə təzyiq edir

Hicran Hüseynovanın PA-da işləyən qohumu vəkilə təzyiq edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adı ətrafında yaranmış rüşvət qalmaqalı səngimək bilmir. Paytaxt sakini Eynur Kərimovun icra başçısının müavini postunu tutmaq üçün H.Hüseynovanın keçmiş işçisinə 170 min dollar rüşvət verdiyini bəyan etdikdən sonra başlayan qalmaqal yeni mərhələyə qədəm qoyub. Bu dəfə E.Kərimovun müdafiəçilərinin təzyiqə məruz qaldığı bildirilir.

Aldığımız məlumata görə,təzyiqlə üzləşən E.Kərimovun vəkili Kamandar Nəsibovdur. Vəkil Adəm Məmmədov deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hücran Hüseynovanın bacısının həyat yoldaşı Pənah Cahangirov Kamandar Nəsibova hədə-qorxu gəlib:

“Eynur Kərimov mənə dedi ki, Hücran Hüseynovanın bacısın əri Kamandar Nəsibovun üstünə gedib. Ona deyib ki, Səfər İmanovla Eynur Kərimovu həbs etdirəcəm. Kamandar isə ona deyib ki, qanundan qaçmaq mümkin deyil”.

Vəkil həm də bildirib ki, Pənah Cahangirov hazırda Prezident Administrasiyasında işləyir.

Reyting.az

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …

Bir cavab yazın