Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / FES faiz dərəcəsini dəyişmədi, dollar sürətlə ucuzlaşır

FES faiz dərəcəsini dəyişmədi, dollar sürətlə ucuzlaşır

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub. APA-nın məlumatına görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyib.

Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.

Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın