Ana səhifə / Siyasət / Həbsdə olan iş adamı Nizami Piriyev yeni vəkillə müqavilə bağlayıb

Həbsdə olan iş adamı Nizami Piriyev yeni vəkillə müqavilə bağlayıb

Həbsdə olan iş adamı Nizami Piriyev vəkil Kamandar Nəsibovla müqavilə bağlayıb.
Bu barədə APA-ya məlumat verən K. Nəsibov bildirib ki, N. Piriyevlə görüşmək üçün onun saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət edib. Vəkil yaxın günlərdə müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.
Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
“PNN Group” “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.
“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.
Hazırda Nizami Piriyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edir.

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …

Bir cavab yazın