Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Ermənilər Azərbaycan rəqsini oğurladı (VİDEO)

Ermənilər Azərbaycan rəqsini oğurladı (VİDEO)

Rusiyanın Rostov Don şəhərində 1500-dən çox erməni əl-ələ verərək 30 dəqiqə durmadan “Köçəri” yallısı oynayıblar.

ANS PRESS-in məlumatına görə, gənclərin, uşaqların və yaşlı adamların dəstəsinə Ermənistanın baş konsulu Ararat Qomsyan və Naxiçevan-Don erməni icmasının başçısı Arutyun Surmalyan qoşulub. Ermənilər “Köçəri” yallısını erməni rəqsi kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına salmaq üçün bu aksiyanı keçiriblər. Bununla da tarixən Qərbi Azərbayjanda – İrəvan çuxurunda, Ağbabada və Göyçə mahalında yaşayan türklər tərəfindən ifa edilən bu rəqsi ələ keçirmək istəyirlər.

Bu rəqs Ermənistan SSR-də yaşayan yerli türk əhalinin – azərbaycanlıların toylarının əsas musiqisi idi. Qərbi Azərbaycan toylarında əsasən 3-4 musiqi daha populyar idi – “Köçəri” yallısı, “Atlandırma”, “Tərəkəmə” və “Giziroğlu” əsas rəqs havaları idi.

Görünür, 1828-ci ildə İrəvan xanlığı Rusiyanın nəzarətinə keçdikdən sonra regiona köçürülmüş ermənilər bu rəqsi dillərini və mədəniyyətlərini çox yaxşı bildikləri Azərbaycan türklərindən götürüblər. 1828-ci ildə İrəvan xanlığının əhalisinin təxminən 5 faizi erməni olub və ermənilər bir neçə mərhələdə köçürüldüyünə görə, hətta 1988-ci ildə belə ermənilərin əksəriyyəti avtoxton əhalinin dilini – Azərbaycan dilini bilirdi. Ermənilər “Köçəri” rəqsinin adının türkcə olduğunu da etiraf edirlər, amma bunun türk sözü olan “qoç” sözündən yarandığını iddia edirlər, yəni qoç ərlərin rəqsi. Ermənilərlə yanaşı 1828-ci ildən sonra Qərbi Azərbaycana köçmüş yəzidi kürdləri də “Köçəri”ni öz milli rəqsləri sayırlar.

Azərbaycanın “Köçəri” yallısı

Ermənilərin oğurladığı “Koçari” rəqsi

Yəzdi kürdlərinin oynadığı “Koçari” rəqsi

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın