Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / “Gözəl Azərbaycan” layihəsinin təqdimatı keçirildi

“Gözəl Azərbaycan” layihəsinin təqdimatı keçirildi

“Huawei” şirkəti turizmin inkişafına dəstək verdi, həmçinin gənc istedadlar seçilir…

İyunun 7-də Çinin “Huawei” şirkəti “Gözəl Azərbaycan” layihəsinin təqdimatını keçirib. Musavat.com xəbər verir ki, şirkət sosial layihəsini Azərbaycanda turizmin inkişafına dəstək olaraq hazırlayıb. 
“Huawei Tech.Azerbaijan LLC” şirkətinin marketinq üzrə meneceri Fərhad Rzayev ilk olaraq çıxış edərək “Gözəl Azərbaycan” sosial layihəsi barədə danışıb. O, qeyd edib ki, 15 il Azərbaycanda fəaliyyət göstərən “Huawei” bu layihəni Azərbaycanı tanıtmaq məqsədi ilə keçirir. Jurnalistlər üçün keçirilən təqdimatda turizmin təbliğinə həsr olunan layihə ilə bağlı qısa videosüjet də göstərilib.
F.Rzayev qeyd edib ki, “Gözəl Azərbaycan” sosial layihəsi çərçivəsində dörd istiqamətdə işlər nəzərdə tutulub: “Gözəl təbiət mədəniyyət, insanlar və zəkalarla bağlı tədbirlər planı var. “Gözəl zəkalar” proqramında istedadları, intellektual gəncləri dəstəkləmək hədəflənir. Naxçıvanda keçirilən seçim turunda 6 istedadlı tələbə seçilib. Onlar Çində keçiriləcək iki hətfəlik təcrübə proqramında iştirak edəcəklər. “Gözəl təbiət” proqramında Bakı və bölgələrdə bur neçə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu münasibətlə fotomüsabiqə də nəzərdə tutulub. “Gözəl insanlar” adi insanlardan həyat hekayələrini toplayıb sosial şəbəkədə paylaşmağı nəzərdə tutur. Bu proqramlar və sözügedən layihəmiz davamlı olacaq”.
“Gözəl Azərbaycan” sosial layihəsinin patnyorları arasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin “Bakcell” şirkətinin də adı var. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çıxışında bildirib ki, “Huawei” nazirliyin elan etdiyi tenderlərdə daim aktiv iştirakı ilə seçilən şirkətdir: “Hazırda “Huawei” nazirliyin keçirdiyi 4 tenderdə iştirak edir”. “Gözəl Azərbaycan” layihəsinin vacibliyini vurğulayan nazir müavini, layihənin detallarından və həəmiyyətindən də danışıb.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin Azərbaycanla Çin arasındakı dostluq münasibətlərinin tarixindən danışıb və dostluğun 24 illik müddəti əhatə etdiyini vurğulayıb. Onun sözlərinə görə, “Huawei” şirkəti də informasiya texnologoyaları sahəsində Azərbaycana töhfəsini verir: “Bu layihənin məqsədi qədim mədəniyyətə malik Azərbaycanı dünyaya təqdim etməkdir. Fikrimcə, uğurlu layihə olacaq. Bundan sonra Çin şirkətləri Azərbaycana gəlib daha çox investisiya yatıracaq”.
“Bakcell”in baş icraçı direktori Nikolay Bekers də qeyd edib ki, onlar “Huawei”lə birgə illər boyu çox layihələr həyata keçiribklər: ““Huawei” həmçinin “Bakcell”in əsas texniki təchizatçıdır. “Gözəl Azərbaycan” layihəsi uğurlu seçimdir. Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini tanıtmağa gözəl fürsətdir”.
“Huawei” şirkətinin Mərkəzi Asiya regionu üzrə rəhbəri Jan Don isə deyib ki, şirkət 15 ildir Azərbaycanda təmsil olunur və sonuncu layihə biznes deyil, sosial məsuliyyət layihəsidir. O, layihənin həhəmiyyətli olduğunu qeyd edib və uzunömürlü olacağını vəd edib.

Həmçinin oxuyun

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli …

Bir cavab yazın