Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fuad Qəhrəmanlı barəsində vəsatət verilib

Fuad Qəhrəmanlı barəsində vəsatət verilib

Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşması üçün Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə vəsatət verilib. Azinforum.az xəbər verir ki, bu barədə Trend-ə Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, vəsatət Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə artıq təqdim edilib.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın