Bazar , Oktyabr 20 2019
Ana səhifə / Siyasət / Ekologiya Nazirliyi ərəb şeyxlərinin Azərbaycanda ov etməyini araşdırmağa başladı

Ekologiya Nazirliyi ərəb şeyxlərinin Azərbaycanda ov etməyini araşdırmağa başladı

Son vaxtlar ərəb şeyxlərinin Azərbaycanda ov etməsi az qala ənənə halını alıb. Məlum olduğu kimi, onlar ölkəmizə adətən tərlan (qızılquş) ovu üçün gəlirlər. Lakin zəngin ərəb şeyxlərinin budəfəki gəlişinin səbəbi balıq ovudur. Onların məhz bu səbəbdən Saatlını seçdikləri, şəhərin mərkəzində 12 min manatlıq ev kirayələdikləri qeyd olunur.
Modern.az saytının əməkdaşı məsləyə aydınlıq gətirmək üçün Saatlıya yollanıb. Əməkdaşımızın apardığı kiçik araşdırmadan bəlli olub ki, sən demə ərəblər heç bir rəsmi icazə olmadan Azərbaycan ərazisində qanunsuz ovçuluqla məşğuldurlar.
Bununla bağlı Ekologiya Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslərə ov etmələri üçün nazirlik tərəfindən heç bir lisenziya verilməyib. Məsələ ilə bağlı Nazirliyin əməkdaşları yerində araşdırmalara başlayıb.

Həmçinin oxuyun

Əli Kərimli izahatı alınaraq sərbəst buraxılıb

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” …

Bir cavab yazın