Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Cahangir Hacıyevin yerinə yeni rəhbər seçildi, müavin istefa verdi

Cahangir Hacıyevin yerinə yeni rəhbər seçildi, müavin istefa verdi

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib. 

Məlumata görə, Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri “Kapital Bank” ASC-nin keçmiş, “Azəri-Türk Bank” ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğluHacıyevvəzifəsindən istefa verib(Report).

Həmçinin oxuyun

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri 23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində İran adlı dövlətin mollla …

Bir cavab yazın