Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 10 milyardlıq qızıl: 4 faizi məmurların, 4 faizi azərbaycanlı oliqarxın…

10 milyardlıq qızıl: 4 faizi məmurların, 4 faizi azərbaycanlı oliqarxın…

İran əsilli azərbaycanlı oliqarx Rza Zərrab ətrafında Türkiyədə yeni qalmaqal qızışıb.

Virtualaz.org saytı xəbər verir ki, Rza Zərrabın kuryeri işləmiş Adəm Karahan mətbuata qalmaqallı açıqlamalar verərək keçmiş bossunun təkcə bir il ərzində Türkiyədən 18 milyard lirəlik (o vaxtkı kursla 10 milyard dollar yaxın) qızıl külçələri çıxarıb.

Söhbət Rza Zərrabın İranın beynəlxalq maliyyə sanksiyalarından yayınmaq üçün istifadə etdiyi mexanizmdə iştirakından gedir.

Bu iş adamı İranın Türkiyəyə satdığı neftin və qazın pulunun qızılla ödənilməsini təşkil edib. Öz kuryerləri vasitəsilə Türkiyə üzərindən İrana tonlarla qızıl daşıyıb.

Adəm Karahan deyib ki, daşınan qızılların dəyərinin 4 faizi həcmində “komission haqqı” Türkiyə hökumətinin yüksək vəzifəli məmurlarına, 4 faizi isə Rza Zərrabın özünə çatırdı. Bu minvalla Rza Zərrab Türkiyə məmurlarına təkcə bir ildə 720 milyon türk lirəsi (TL) “komission” ödəyib. Söhbət o vaxtkı kursla (2011-2012-ci illər) 360 milyon dollardan gedir.

Türkiyə hər il İrandan 12-15 milyard dollarlıq neft və qaz idxal edir. İran Türkiyəyə ən baha qaz satan ölkədir – 1000 kubmetrini 431 dollara.

İndi ekspertlər deyir ki, İran qazının bu cür baha olmasının səbəbini Rza Zərrabın və məmurların cibinə axan “komission”larda axtarmaq lazımdır.

MHP başqan yardımçısı Oktay Vural deyib ki, Rza Zərrabın İrandan qızılla qaz alması vətəndaşların soyulması hesabına başa gəlib.Onun bildirdiyinə görə, İranda Rza Zərrabın bu korrupsiya əməliyyatına dair istintaq aparılır.

“Türkiyədə də Rza Zərrabın adının qarışdığı rüşvət və korrupsiya əməllərinə dair istintaq olduğunu bilirik. Ancaq Türkiyə İrandan Rza Zərrabın dosyesini tələb etməyib və bu işi ört-basdır etməyə çalışırlar”– deyə Oktay Vural bildirib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın