Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Belçikada partladılan aeroportda bir Azərbaycan vətəndaşı da olub

Belçikada partladılan aeroportda bir Azərbaycan vətəndaşı da olub

Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: “Paytaxt Brüsseldə yaşanan hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər”.

H.Hacıyev əlavə edib ki, “Zaventem” hava limanında partlayış baş verən vaxtda ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub: “Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın