Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Göyçayda kütləvi dava: Sərxoş şəxslər bir ailənin 4 üzvünü döyüb, maşını əzdilər

Göyçayda kütləvi dava: Sərxoş şəxslər bir ailənin 4 üzvünü döyüb, maşını əzdilər

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
APA-nın xəbərinə görə, dünən saat 23 radələrində Göyçayın Yalman kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Əzizov Nəbi Bahadur oğlunun idarə etdiyi 23-BQ-519 dövlət nömrə nişanlı “VAZ – 2106” markalı minik avtomobilinə daş atılıb. Avtomobili onun həmkəndliləri – 1958-ci il təvəllüdlü Qafarov Qara Hüseyn oğlu və qardaşı oğlanları Ceyhun Qafarovla Sahil Qafarov daşa basıblar. N. Əzizov avtomobilini saxlayaraq onlara etiraz etdikdə özü və maşındakı ailə üzvləri hücuma məruz qalıblar.
Hadisə zamanı N. Əzizov, onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Əzizova Afilə Fazil qızı, 2000-ci il təvəllüdlü qızı Samirə Əzizova və 1994-cü il təvəllüdlü oğlu Nizami Əzizov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədə Qara Qafarovun da xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı N Əzizovun avtomobili ilə “VAZ – 2107” markalı daha bir maşın əzilib. Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdikləri bildirilir. Məlumata görə, hadisə ailə üzvləri yaxın qohumun evindən bayram qonaqlığından qayıdarkən baş verib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın