Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bakı Mühəndislik Universitetinin rektoru kim olacaq? – Nazirlikdən açıqlama

Bakı Mühəndislik Universitetinin rektoru kim olacaq? – Nazirlikdən açıqlama

“Qafqaz Universitetinin təhsil infrastrukturu bütövlükdə Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçəcək. Bundan əlavə, Qafqaz Universitetinin pedaqoji kadr heyəti bütövlükdə Bakı Mühəndislik Universitetində fəaliyyətini davam etdirəcək”.
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri  Sülhəddin Gözəlov deyib.
Onun sözlərinə görə, nazirliyin kollegiyası tələbələrin təhsillərinin ixtisaslar və tədris dilindən asılı olmayaraq yeni yaradılan dövlət statuslu universitetdə-Bakı Mühəndislik Universitetində davam etdirilməsi barədə qərar qəbul edib.
S.Gözəlov vurğulayıb ki, ləğvetmə komissiyası və Qafqaz Universitetinin təsisçisi ləğv edilən ali məktəbin təhsil infrastrukturunun təhsil məqsədləri üçün istifadə edilməsi ilə bağlı Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edib. Nazirliyin kollegiyasında həmin müraciətin də nəzərə aldığını deyən sektor müdiri vurğulayıb ki, Qafqaz Universitetinin təhsil infrastrukturu bütövlükdə Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçəcək.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda ali məktəbdə Ləğvetmə Komissiyası çalışır və təhvil-təslim prosesi gedir.
S.Gözəlov qeyd edib ki, fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru Havar Məmmədov Ləğvetmə komissiyasının sədri kimi fəaliyyətini davam etdirir: “Amma dövlət statusuna malik olan Bakı Mühəndislik Universitetinin gələcək rektoru prezident tərəfindən təyin ediləcək. Hələlik isə Bakı Mühəndislik Universitetinin müvəqqəti rəhbərlik və icra səlahiyyəti mənə həvalə olunub”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın