Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / BENZİNİN QİYMƏTİNDƏ YENİ ARTIM – SABAHDAN “PREMİUM” VƏ “SUPER” MARKALI BENZİNLƏR 10 QƏPİK BAHALAŞIR

BENZİNİN QİYMƏTİNDƏ YENİ ARTIM – SABAHDAN “PREMİUM” VƏ “SUPER” MARKALI BENZİNLƏR 10 QƏPİK BAHALAŞIR

Azinforum.az-ın əldə etdiyi dəqiq məlumata görə, bu gün saat 24-00-dan sonra respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium və  “Aİ-98” super  markalı benzinlərin qiymətində yenidən artım olacaq. Hazırda “Aİ-95” premium markalı benzinin  bir litrinin qiyməti 1,05 AZN, “Aİ-98” superinki   isə  1.10 AZN təşkil edir. Hər iki növ benzinin qiyməti sabahdan etibarən 10 qəpik bahalaşacaq. Yəni  “Premium” 1.15 AZN-ə, “Super” isə 1.20 AZN-ə satılacaq.

Xaricdən idxal edilən bu növ benizinlərin qiymətindəki son artım bu ilin 13 yanvarında müşahidə edilib.

Azinforum.az bildirir  ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmayacaq. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Rövşən ƏLİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın