Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyevin məhkəməsi yekunlaşdı – gənc fəal cərimələndi

Bəxtiyar Hacıyevin məhkəməsi yekunlaşdı – gənc fəal cərimələndi

Hüquq müdafiəçisi: “Barəmdə inzibati həbs cəzası istənilmişdi”

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin Dövlət Yol Polisi ilə Yasamal Rayon Məhkəməsində iki gün davam edən məhkəməsi yekunlaşıb. Gənc fəal 100 manat cərimə olunub. Qərardan apellyasiya şikayəti veriləcək.
Bu barədə müsavat.com-a danışan B.Hacıyev bunları deyib: “Baxmayaraq ki, barəmdə inzibati həbs cəzası istənilmişdi. Amma 100 manat cərimə olundum. Qərardan apellyasiya şikayəti verəcəyik. Ortada heç bir fakt yoxdur. Bizim vəsatətlərimizdə polis bölməsindəki və hadisə yerindəki kamera görüntülərinin məhkəməyə gətirilməsi var idi. Amma məhkəməyə gətirilən kamera görüntülərinin heç birində hadisə ilə bağlı heç nə yox idi. Sadəcə polis şöbəsinin əməkdaşlıq etdiyi və bunu gizlətmədikləri hal şahidləri məhkəməyə gətirilmişdi. Onların ifadələri əsasında məhkəmə qərar çıxardı. Bütün bunların arxasında xüsusi bir məqsəd yoxdur.
Düşünürəm ki, Dövlət Yol Polisi Azərbaycan vətəndaşları, sürücü və piyadalar üçün ən böyük narazılıq mənbəyinə çevrilmiş, korrupsiyalaşmış qurumlardan biridir. Hər addımda vətəndaşları narahat etmək üçün əllərindən gələni edirlər. Mən də sürücü və piyada kimi bu qanunsuzluqlarla üzləşirəm. Artıq görürəm ki, onların özbaşınalığı artır. Cəriməsi ödənməyən avtomobil cərimə meydançasına aparılır. Ondan sonra cərimədən əlavə də pul alırlar. Bütün bunları vətəndaşları dövlətdən narazı salan addımlardır. Ciddi islahatların aparılmasının tərəfdarıyam. Bundan sonra bu istiqamətdə tənqidlərimi edəcəm, təkliflərimi verəcəyəm. Bu yaxınlarda DYP bu məsələləri ictimailəşdirəcəyini dedi. Əgər bu istiqamətdə hansısa işlərin görülməsi fəaliyyəti olarsa, təkliflərimi verməyə hazıram”.
Qeyd edək ki, B.Hacıyev avqustun DYP əməkdaşları ilə yaranan insident səbəbilə 27-ci polis bölməsinə aparılmışdı. Ona qarşı xırda xuliqanlıq maddəsi irəli sürülmüşdü. İki gün  idi ki, məhkəmə prosesi təxirə salınmalarla davam edirdi.

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …

Bir cavab yazın